Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


12.12.2023  10:31 

15 yaşlı məktəbli niyə ölüb? - Hadisənin təfərrüatı





A+  A-

Dekabrın 10-da Goranboyun Xanqərvənd kəndində Göyçay rayon sakini 15 yaşlı Sadiq Qurbanovun öldüyü hadisənin təfərrüatı məlum olub.

Göyçayın Hacalıkənd sakini, həmin kənddəki orta məktəbin 9-cu sinif şagirdi olan 2008-ci il təvəllüdlü Qurbanov Sadiq Fariz oğlu Goranboya qohumları ilə birgə gedibmiş.

Belə ki, dərs olmayan gün Sadiq Goranboyda usta işləyən qohumu ilə birgə bu rayonun Xanqərvənd kəndinə yollanıb. Ustaların işlədiyi ərazidə olarkən Sadiq də Xanqərvənd kənd bələdiyyəsinin binasının damına çıxıb. Bu zaman dam örtüyü qırılıb və sadiq damdan otaqların birinə düşüb. Nəticədə onun başı inzibati binanın otağındakı stolun kənarına dəyib və yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İlkin məlumatda bildirilir ki, S.Qurbanov binanın damına təsərrüfatda gübrə kimi istifadə edilən quş peyini toplamaq üçün çıxıbmış./"Qafqazinfo”

Xəbər 1478 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +