Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


10.01.2018  16:38 

“Real” futbolçuları Ronalduya qarşı çıxdılar





A+  A-

Madrid “Real”ının futbolçuları Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun eqoizmindən bezib və ona qarşı çıxıblar.
XəzərNews.az xəbər verir ki, bu iddia ilə İspaniyanın “Diario Qol” nəşri gündəmə gəlib.

Xəbərdə qeyd olunur ki, ona ilk qarşı çıxan İsko olub. Sonra İskonu Serxio Ramos, Markos Asensio, Dani Sebalyos və Lukas Vaskes də dəstəkləyib.

Onu da bildirək ki, İsko ilə Ronaldu arasında bu problem hələ noyabrda başlayıb. Həmin oyunda “Real” 3:0 qalib gəlmiş, İsko ona qol ötürməsi verən Ronaldu ilə sevincini bölüşməyi lazım bilməmişdi. Daha sonra Ronaldu buna görə İskonu barmağı ilə hədələmişdi.

Qeyd edək ki, 2009-cu ildən “Real”da çıxış edən Kriştianu Ronaldunun komandadan gedəcəyi deyilir. Ötən ilin ən yaxşısı seçilmiş futbolçunun xidmətində Fransanın PSJ klubu maraqlıdır.

Xəbər 1774 dəfə oxunub.



24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +