Qordon məhkəmədə Rusiyaya qalib gəldi
Rəisin ölkədən çıxışına “stop“ qoyuldu
Somali Prezidenti Azərbaycana səfərə gəlib
Onlayn qumar təşkil edirmişlər... - Video
Şahnaz Bəylərqızının işi ilə bağlı DİN-də oldular
“Nəcməddin Sadıkov da əlavə olunmalıdır” - İDDİA
ABŞ-dən Azərbaycana gətirilən quş ətinə qadağa...
Ruslar Kiyevdə uşaq bağçasını vurdu
Dövət Sərhəd Xidmətinin hərbçisi ölüb
Ukrayna PUA-larla Saratovu vurdu


27.12.2018  10:16 

Mehmanın həbsi 7 ilədək artırıla bilər





A+  A-

Bloqer Mehman Hüseynova yeni ittiham irəli sürülüb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, o, bu dəfə cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə təqsirləndirilir.

Rəsmi açıqlamaya görə, M.Hüseynov saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək ona bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Qaradağ rayon prokurorluğu faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanılıb.

Məhkəmədə M.Hüseynovun bu cinayəti törətdiyi sübuta yetirilərsə, onu 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

M.Hüseynovun cəzasının bitməsinə 2 ay qalıb.

Xəbər 1387 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.02.2025  13:03 

Bakıdakı Rus Evi sökülür?


BÜTÜN XƏBƏRLƏR +