ABŞ Senatının üzvü Adam Şiff yenə həddini aşdı
Ukraynada atəşkəs yaydan əvvəl elan oluna bilər
Biz razılığa gəlməyə hazırıq - Lavrov
İyun ayında 13 gün qeyri-iş günü olacaq
Bakıda təriqəti üzvləri həbs edildi - Foto
110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır
“Kapital Bank” müştərini necə tələyə salır?
18 yaşın mübarək, Qaynarinfo!
Prezident Kaya Kallası qəbul etdi
AzTV bələdiyyələri ifşa etdi - Video


06.12.2017  09:58 

Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır





A+  A-

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat sona çatır.
Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərNews.az-a verilən məlumata görə, DİM tərəfindən 17 dekabr 2017-ci il tarixində inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan yeri və başlama vaxtı barədə məlumat DİM-in internet portalında yerləşdiriləcək.
Sənədlərin qəbulu 6 dekabr saat 18:00-dək davam edəcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilər. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
Qeydiyyat və digər zəruri məsələlər haqqında ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək olar:
http://dim.gov.az/news/events/3494/

Xəbər 1472 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +