FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


08.09.2017  14:58 

Günahkar restorandır, yoxsa toy sahibi?





A+  A-

Ötən gün Tovuzda şadlıq sarayında baş verən kütləvi zəhərlənmə hadisəsinə restoran rəhbərliyi münasibət bildirib.
Rəhbərlikdən bildirilib ki, zəhərlənmə hadisəsinin onlarla əlaqəsi yoxdur: “ Bizdə restoranlar kirayəyə verilir. Yəni toy sahibi ərzaqları özü gətirir. Toy ötən gün günorta olub. Axşam saatlarında toyda iştirak edənlərin vəziyyəti pisləşib. Onlar dil və bağırsaq yeyiblər. İlkin olaraq güman edilir ki, zəhərlənmə bundan baş verə bilər”.

Millət vəkili Qənirə Paşayeva da məsələ ilə bağlı bildirib ki, artıq qida nümunələri analiz üçün laboratoriyaya göndərilib: “ Biz əhali arasında maarifləndirmə işini gücləndirməliyik. Xüsusilə yay aylarında qida zəhərlənmələrinin baş vermə ehtimalı artır. Ona görə də kütləvi şəkildə mərasim keçirən toy sahibləri buna diqqət yetirməlidirlər. İnsanlar da yediyi qidaya fikir verməlidirlər. Çünki zəhərlənmənin ciddi fəsadları olur. Yaxşı ki, toyda bu qədər adam zəhərlənməsinə baxmayaraq ciddi fəsad olmayıb, hamıya yardım edilərək evə buraxılıb”.

(qafqazinfo.az)

Xəbər 1556 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +