FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


31.08.2017  11:19 

ANAMA Xızıdakı partlayışla bağlı təmizləmə əməliyyatları keçirib





A+  A-

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyi N saylı hərbi hissənin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA), Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları tərəfindən birgə təmizləmə əməliyyatları keçirilib.
ANAMA-dan XəzərNews.az-a averilən məlumata görə, avqustun 30-da hərbi hissənin ətrafına, 4 evin həyətyanı sahəsinə, 1 evin zirzəmisinə, ferma ərazisinə, hərbi şəhərciyin məktəbinin meydançasına, otlaq və əkin sahəsinə baxış keçirilib, 131 ədəd partlamamış hərbi sursat, 29 kq yandırma və 29 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb, nəticə etibarilə 860 min 500 kvadratmetr ərazi yoxlanılıb.

Ümumiyyətlə, 4 gün ərzində 11 evə, 16 evin həyətyanı sahəsinə, 3 ferma ərazisinə, 2 əkin sahəsinə, 2 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmir yolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudiya ərazisinə, 1 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, 1 yol kənarına baxış keçirilib, 4 861 115 kvadratmetr (486.11 hektar) ərazi yoxlanılıb, 250 ədəd partlamamış hərbi sursat, 349 kq yandırma və 293 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 1271 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Xəbər 1615 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +