Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov


13.10.2018  13:11 

PSJ-nin oyunu qumara qoyulub? - UEFA araşdırmalara başladı





A+  A-

UEFA Çempionlar Liqasının PSJ (Fransa) - "Srvena Zvezda" (Serbiya) oyunu ilə bağlı araşdırmalara başlayıb.
XəzərNews.az xəbər verir ki, buna səbəb Paris klubunun 6:1 hesablı qələbə qazandığı matça 5 milyon avro pul qoyuluşu edilməsidi. Belə ki, Serbiyada "Srvena Zvezda"nın 5 top fərqi ilə yeniləcəyinə 5 milyon avro pul qoyulub. Həmin mərcin sahibi 10 milyon avrodan artıq pul qazanıb.

Qrup mərhələsinin II turu çərçivəsində keçirilən matçın ilk yarısında PSJ 4:0 hesablı qələbə qazanmışdı. İkinci yarıda serblər fərqi azaltsa da, Paris klubunun 5 top fərqli qələbəsini rəsmiləşdirən qolu 81-ci dəqiqədə Neymar rəqib qapısından keçirmişdi.

Bu, son günlər Avropada ikinci böyük qalmaqaldı. Belçika futbolu da yerli polisin danışılmış oyunlarla bağlı araşdırmalara başlaması ilə sarsılıb.

Araşdırmalar nəticəsində agentlər, klub rəsmiləri və iki hakim saxlanılıb. “Brügge”nin baş məşqçisi İvan Leko isə dindirilir. "Anderlext”, “Brügge”, “Lokeren” və digər klubların ofislərində axtarış aparılıb. Polis klubların korrupsiya, çirkli pulların yuyulması və danışılmış oyunlarda iştirakına dair araşdırmalara davam edir.

Xəbər 1687 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +