Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...
Erməniəsilli şəxslərin məhkəməsi davam edir
Azərbaycanlı Ukrayna müharibəsində həlak olub
Bizim başqa vasitəçiliyə ehtiyacımız yoxdur - Mirzoyan
Üç ölkənin nazir müavinləri Tbilisidə bir araya gəldi
Bu sınaqdan da üzüağ çıxacağıq - Mütəllim Rəhimov


05.10.2018  10:06 

“Qarabağ” uduzdu, reytinqdə gerilədik





A+  A-

Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.
XəzərNews.az xəbər verir ki, Azərbaycan reytinq siyahısında 1 pillə geriləyib.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 27-ci pillədəyik. Azərbaycanın hesabında 18.500 reytinq xalı var. Onun 1.875 (1.125 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) xalı cari mövsümdə qazanılıb.

Azərbaycandan bir pillə önd qərarlaşan Qazaxıstanın da hesabında 18.500 xal var. Lakin qazaxlar cari mövsümdə daha çox xal qazandıqları üçün öndədilər. 28-ci pillədəki Bolqarıstanın isə 16.500 reytinq xalı var.

Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” növbəti oyununu keçirdi. Ağdam klubu doğma meydanda İngiltərə təmsilçisi “Arsenal”a məğlub oldu - 0:3.

Onu da əlavə edək ki, qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Xəbər 1675 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +