Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı
ABŞ də sənədi tezliklə imzalamağa çağırdı
“Estoniya tarixi razılaşmanı alqışlayır” - Tsahkna
Rusiya ilə Belarus vahid parlamentə keçə bilər
Paşinyan sülhlə bağlı Putini məlumatlandırdı
Endokrinoloji Mərkəzdə yoxlamalar başladı
Novruzda əfv olacaqmı?


29.11.2021  14:35 

Amnistisiya Saleh Rüstəmova da tətbiq edilə bilərmi?





A+  A-

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc bir neçə gündür Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovdan danışıb.

XəzərNews.az xəbər verir ki, Z.Oruc “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Saleh Rüstəmovla bağlı müxtəlif təşkilatlardan - 3-cü sektor təmsilçilərindən müraciətlər alıb:

"Onun ətrafında gedən kampaniyanın ölkə xaricinə çıxarılması və ölkəmizin əleyhinə son həftələrdə daha da intensivliklə aparıldığını yaxşı görürük. Bir sıra əcnəbi media platformaları, sosial şəbəkələr hakimiyyətin həyata keçirdiyi hüquqi tədbirləri, əfv və amnistiya qərarlarını belə hadisələr vasitəsilə təsirsiz etməyə, Vətən müharibəsindən sonrakı gündəliyi dəyişdirməyə, Azərbaycanın beynəlxalq hesabatlardakı tənqidini daha da kəskinləşdirməyə çalışırlar. Halbuki istənilən şəxslə bağlı həm hüquq-mühafizə və məhkəmə orqanları, eləcə də müvafiq hakimiyyət təmsilçiləri ilə görüşmək, danışmaq olardı.

Saleh Rüstəmovun aclıq aksiyası təəssüf doğurur və onun özünə qarşı belə qəddar hərəkətini kənardan daha çox stimullaşdıranlar bir şəxsin iztirabı hesabına siyasi istismarçılıq edirlər. Hərçənd onun əməli dövlət və şəxsiyyət əleyhinə olmadığından hazırda Zəfər amnistisiyasının yaşadığımız günlərdə sözügedən şəxsə də şamil olunması ilə bağlı müvafiq dövlət qurumları ilə danışmaq olardı.

Komitə sədri kimi bizə edilən müraciətlər çərçivəsində belə müzakirələri aparacağıq. Bizim üçün ən əhəmiyyətli məsələ fərdi məsələlərin ölkə sərhədlərindən kənarda müzakirə edilməməsi, xarici təzyiq silahına çevrilməməsidir".

Qeyd edək ki, Saleh Rüstəmov I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gələn zaman həbs edilib və narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə əlavə edilən başqa ittihamlara əsasən S. Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib.

Xatırladaq ki, 10 gün qabaq bir qrup QHT və media rəhbərləri, hüquq müdafiəçiləri Saleh Rüstəmovla bağlı Prezidentə müraciət ediblər. Qeyd olunub ki, onun səhhətində ciddi problemlər yaranıb. Onlar dövlət başçısından S.Rüstəmovun cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi ilə bağlı xahiş ediblər.

Xəbər 1467 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu

13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub


BÜTÜN XƏBƏRLƏR +