“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?
Saxta dollar satan dəstə üzvləri saxlanıldı


27.11.2021  09:00 

Soçi görüşü müxalif düşərgədə necə qarşılanıb? - Rəylər





A+  A-

Xəbər verdiyimiz kimi, dünən Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

Maraqlıdır, Soçi görüşü müxalif düşərgədə necə qarşılanıb?

Azərbaycan Demokratiya və Rifah Partiyasınln sədri Qubad İbadoğlu:

- Soçidə üçtərəfli görüş bitdi. Bu görüşdən də nəticə əldə edilmədi, yəni yeni bir söz deyilmədi, əvvəlkilər təkrarlandı. Görünür ki, əldə edilən yeganə nəticə Brüssel görüşünün effektinin azaldılması olub.

Vladimir Putin açılış nitqində qeyd edib ki, irimiqyaslı döyüşlər getmir, bu, artıq yaxşıdır. Bu müddət ərzində Rusiya tərəfinin yardımı ilə qaçqınların geri qaytarılması istiqamətində böyük iş aparılıb - 53 min nəfər daimi yaşayış yerinə qayıdıb.

Yaxşı monitorinq qrupu yaradılıb, Rusiya kontingenti, hər iki tərəfin qiymətləndirmələrinə görə, işləyir, insanlar üçün təhlükəsiz yaşayış şəraiti təmin edir.

Putin eyni zamanda qeyd edib ki, təəssüf ki, bütün məsələlər hələ ki, tənzimləyib.

İlham Əliyev çıxışında bildirib ki, rus sülhməramlıları yaxşı işləyib, buna görə də onlara xidmətinə görə minnətdarlıq edib. O qeyd edib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın iki ölkə arasında nəgliyyat və kommunikasiyaların açılmasından başqa bütün bəndlər əsasən yerinə yetirilib. O bəyan etdi ki, Azərbaycan sərhədlərin delimitasiyası prosesinə başlamağa, Ermənistanla da qarşılıqlı formada ərazi bütövlüyünü tanımaqla bu sahədə əməkdaşlıqla, sülh danışıqlarına hazırdır.

Nikol Paşinyan da rus sülhməramlıların rolunu yüksək qiymətləndirsə də bölgədə sabitliyin təmin olunmadığını qeyd edib. O İlham Əliyevin iki ölkə arasında kommunikasiyaların açılmasından başqa bütün məsələlərin həll edildiyini fikri ilə razılaşmadığını bildirdi. Bəyan etdi ki, Ermənistanın sərhədlərin demarkasiya və delimitasiya prosesinə başlamağa, Minsk Qrupu çərçivəsində danışıqların davam etdirilməsinə hazırdır.

Putin sonrakı çıxışında Sovet xəritələri əsasında sərhədlərin dəqiqləşdirilməsinə başlanılmasının vacibliyindən danışıb.





Xəbər 1654 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +