Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


20.12.2023  16:20 

Mirsaleh Seyidova bu müraciət hamını kövrəldib - Mətn





A+  A-

Ağdam rayon sakini V.Məmmədovanın Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidova müraciəti sosial şəbəkələrdə geniş müzakirə olunur.

Xəzərnews.az Ağdam sakininin müraciətini olduğu kimi təqdim edir:

- Hörmətli Mirsaleh müəllim!

Sizi yaxından tanımasamda bir məhbus ailəsi kimi necə bir yaxşı insan olmağınızın şahidiyəm.

Bildirim ki, özüm və həyat yoldaşım gənc yaşımızda valideynlərimizi itirmişik. Yeni ailə qurduğumuzdan evimizdən körpə səsi gəlməmiş həyat yoldaşım Bayramov Pərviz Telman oğlu (14 saylı CÇM) 2 il 8 ay müddətində həbs olundu. Cəzasının bitməsinə bir neçə ay qalıb. Araşdırsanız şahidi olacaqsınız ki, bu müddətdə yalnız bir dəfə az bir azuqə ilə (təxminən 30 manatlıq) həyat yoldaşımı ziyarət etmişəm. Hazırda tənha olduğumdan və yaşamağa evimiz olmadığından qohumlarımın evində gecələyirəm.

Cənab general!

Sizi hümanist bir insan kimi tanımışam. Elə buna görə Sizə ümidlə müraciət edirəm. Düşünün ki, özünüzün bir əziziniz - valideynini itirmiş gənc yaşında xanım həyat yoldaşının həbsi ucbatından bu gün korluq, səfalət içində boynubükük şəkildə isti yuvasız qalıb.

Odur ki, Sizdən həyat yoldaşımın vaxtından əvvəl azadlığa buraxılması üçün CÇM - nin rəisinin məhkəmə qarşısında vəsatət verməyindən ötrü köməklik etməyinizi yalvararaq, xahiş edirəm.



Xəbər 4314 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +