İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı
Zaur Kərimov AQTA-dan getdi - İstefa
Bu bankdan 150 milyon manata yaxın depozit geri çəkilib


03.04.2018  14:43 

Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi





A+  A-

2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan ordusunun hərbi hissələri üzrə "Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.
Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriliblər. 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular "Snayper müdafiədə”, "Snayper hücumda” və digər tapşırıqlar üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdiriblər.

Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.

Xəbər 1461 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü


BÜTÜN XƏBƏRLƏR +