“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


13.07.2020  13:11 

KTMT sərhəddə yaranan vəziyyətlə bağlı təcili iclas keçirəcək





A+  A-

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Azərbaycan və Ermənistan arasında sərhəddə yaşanan gərginlik səbəbindən təcili iclas çağırıb.
XəzərNews.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, KTMT baş katibi Stanislav Zas Yerevan və Bakı arasında yaşanan gərginlik səbəbindən bu gün daimi şuranın təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

"İyulun 12-də Tovuz istiqamətində baş verən toqquşmalar nəticəsində Ermənistan - Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi səbəbindən KTMT baş katibi Stanislav Zas iyulun 13-də KTMT Daimi Şurasının təcili iclasının təşəbbüsü ilə çıxış etdi",-deyə təşkilatın mətbuat xidmətinin açıqlamasında bildirilib.

Qeyd edək ki, KTMT 1992-ci il mayın 15-də Özbəkistan paytaxtı Daşkənddə imzalanmış müqavilə əsasında yaradılıb. Qurumun hazırkı üzvləri bunlardır: Rusiya, Qazaxıstan, Qırğız Respublikası, Belarus, Ermənistan və Tacikistan.

Xəbər 1828 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +