“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib
Azərbaycanın məqsədləri dəyişməyib - Mamicanyan
Rubio Ukraynaya görə narahatdır - Reuters
“Xalq qəzeti” ilə “Respublika” bağlanır, “Azərbaycan” isə...
Qarabağda iş imkanı: Əmək haqqı 3000 AZN
Tikinti biznesində “maliyyə piramidası”
Təbiətə 7200 manatlıq ziyan vurdular
Kəmaləddin Heydərov rəisi işdən çıxartdı


07.07.2020  15:56 

İranda bir gündə koronavirusdan rekord ölüm





A+  A-

İranda son 24 saat ərzində daha 200 nəfər COVID-19 yoluxucu xəstəliyi səbəbindən həyatını itirib.
XəzərNews.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib. Bildirilib ki, bu pandemiya başlayandan etibarən bir gündə qeydə alınan ən yüksək ölüm sayıdır.

Ötən gün ərzində ölkədə daha 2 637 insanda koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 245 min 688-yə çatıb. Bu günə qədər ümumilikdə 11 931 nəfər xəstəlik səbəbindən həyatını itirib, 201 min 330 pasiyent isə müalicə olunaraq sağalıb.

Ölkədə 1 milyon 794 min 727 nəfərin koronavirus testindən keçdiyi qeyd olunub.

Qeyd edək ki, bu yaxınlarda İranın Yoluxucu Xəstəliklərlə Mübarizə Komitəsinin üzvü Məsud Mərdani ölkə üzrə ümumilikdə 18 milyon insanın koronavirusa yoluxduğunu bildirmişdi.

Xəbər 1768 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +