Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


10.11.2023  09:41 

Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir?





A+  A-

"Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir".

Xəzərnews.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Rusiya Gürcüstan üzərindən Yuxarı Lars sərhəd məntəqəsində tez-tez təmir işləri aparmaq bəhanəsiylə Ermənistanla ticarət əlaqələrinə ara verir:

“Bu yoldan qışda istifadə çətinləşir. Yolun tez-tez bağlanması Ermənistan iqtisadiyyatına problemlər yaradır. Bununla Moskva İrəvana mesaj göndərir ki, Ermənistana Rusiya ilə ticarət əlaqəsinin saxlanılması üçün münasib dəmir yolu Azərbaycan üzərindəndir. Ancaq Kreml eyham vurur ki, bu yolun reallaşmasına dəhlizə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirdiyi halda şərait yaradacaq. Çünki Baş nazir Nikol Paşinyan Rusiyadan asılılığı azaltmaq və Qərbə yaxınlaşmaq istəyərkən ölkəsindən keçən kommunikasiya xətlərinin nəzarətini Kremlə vermək istəmir. Beləliklə, Kremllə İrəvan arasında “dəhlizə kim nəzarət edəcək” sualı ətrafında mübahisə davam edir, bizə isə kənardan seyr etmək qalır”.

Xəbər 1972 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +