Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


13.03.2020  15:03 

Ukrayna azərbaycanlıları səfirin geri çağırılmasını belə bayram edirlər - VİDEO





A+  A-

Ukraynadakı azərbaycanlılar Azər Xudiyevin səfir vəzifəsindən geri çağırılmasını bayram edir.
XəzərNews.az Missiya.Az-a istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində yaşayan həmyerlilərimiz səfirin vəzifəsindən azad olunmasının şərəfinə ziyafətlər və atəşfəşanlıq təşkil ediblər.

Azər Xudiyevin geri çağırılmasının şərəfinə təşkil olunan tədbirlərdən biri isə xüsusi orjinallığı ilə seçilib.

Paytaxt Kiyevdə bir araya gələn həmyerlilərimiz, səfirin şəkilinə qara lent bağlayıblar. Həmçinin şəkilin qarşısına bir stakan su və çörək qoyublar. Bu adət slavyan xalqlarında yas mərasimlərində həyata keçirilir. Həmyerlilərimiz şənlikdə əyləniblər və sonunda atəşfəşanlıq təşkil olunub.

Qeyd edək ki, Azər Xudiyev səfir olduğu müddətdə daha çox qalmaqallarla və Ukrayna azərbaycanlıları ilə yaşadığı problemlərlə yadda qaldı. Keçmiş səfir barədə mediada yüzlərlə neqativ yazıya rast gəlmək olar.

Xatırladaq ki, Prezident İlham Əliyev martın 9-da Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin geri çağırılması barədə sərəncam imzalayıb. Onun yerinə isə sabiq deputat Elmira Axundova təyin olunub.


VİDEO

Xəbər 4318 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +