Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


29.01.2020  11:54 

Əsmər Əliyeva namizədliyini geri götürdü





A+  A-

46 saylı Şirvan şəhər seçki dairəsindən deputatlığa namizəd Əsmər Əliyeva namizədliyini geri götürüb.
XzəərNews.az xəbər verir ki, Əsmər Əliyeva şəxsi səbəblərə görə bu addımı atdığını bildirib.

“Təəssüf hissi ilə bildirmək istəyirəm ki, şəxsi səbəblər məni bu yolu tamamlamaq imkanından məhrum etdi. Şirvan camaatının qəlbində etdiyim yer, onlarda deputata və namizədlərə sönmüş həvəsin yenidən oyanmasına nail olmaq mənim qələbəm oldu. Məni bu yolda Şirvanın Meqan Marklı və Qənirə Paşayevası da adlandırdılar. Mən inanıram ki, Şirvan camaatı seçkilərdə aktiv olacaq və öz namizədini layiqincə seçəcək!

Əminəm ki, ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı islahat siyasəti layiqincə icra olunacaq və yeni formalaşacaq parlament savadlı, nüfuzlu, əxlaqlı, səmimiyyəti və cəsarəti ilə hamişə seçicisinin yanında olacaq. Bu yolda mənə güvənən və məni dəstəkləyən ailəmə, dostlarıma, qohumlarıma, nümayəndələrimə, vəkillərimə, müşahidəçilərimə və adını bilmədiyim, sayı minlərə çatan gizli və açıq təbliğatçılarıma və dəstəkçilərimə minnət hissi ilə təşəkkür edirəm! Yaxşı ki, mən bu yola başladım və sizləri tanıdım!”, - deyə Ə. Əliyeva qeyd edib.

Xəbər 1990 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +