Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


29.03.2017  15:53 

Prezidentin şərəf və ləyaqətini ləkələməyə görə cəzalar daha da sərtləşdirilir - DETALLAR





A+  A-

Azərbaycanda dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə nəzərdə tutulan cəza sərtləşdirilir.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişiklik layihəsinə əsasən, Azərbaycan dövlətinin başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Hazırkı qanunvericiliyə əsasən, bu məbləğ 500 manatdan 1000 manatadək miqdarındadır.
Bu əməllərin internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə 2 min manatdan 3 min manata qədər olması təklif edilir. Hazırda isə bu məbləğ 1000 manatdan 1500 manatadəkdir.

Milli Məclis dəyişiklik layihəsini yaz sessiyasında müzakirə etməyə hazırlaşır...


Xəbər 2115 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +