Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


21.01.2019  21:37 

Koçaryan məhkəməni uddu





A+  A-

Yerevan Ali Məhkəməsi hazırda həbsdə olan keçmiş prezident Robert Koçaryanın 1in.am saytına qarşı iddiasını təmin edib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə eks-prezidentin vəkillər komandasının mətbuat katibi Elen Arakelyan bildirib. Onun sözlərinə görə, 1in.am saytında 2018-ci ilun yayında Koçaryanın 2008-ci il aksiyası zamanı iştirakçılara atəş əmrini verməsi və onlara qarşı qadağan olunmuş vasitələrdən istifadə etmək göstərişi ilə bağlı dərc olunmuş yazılar həqiqəti əks etdirmir.

Məhkəmə saytda bununla bağlı gedən yazıların yalan olduğu və portalın təkzib verərək üzr istəməsi haqda qərar çıxarıb. Bundan başqa, sayt Koçaryana təzminat olaraq 400 min dram (852 dollar) ödəyəcək.

Təkzib və üzr mətni məhkəmə qərarından sonra 2 gün ərzində dərc edilməlidi.

Xəbər 1261 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +