Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


13.04.2018  15:43 

“Dumada kimyəvi hücum olmayıb” - Lavrov





A+  A-

Moskvanın Dumada kimyəvi silah tətbiq edilməsi ehtimalının qurma olduğunu sübut edən təkzibolunmaz sübutları var.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlama verib.

Nazirin sözlərinə görə bu işdə “rusofobiya kampaniyası”nın ön sıralarında olmağa can atan bir ölkənin xüsusi xidmət orqanlarının əli var.

Nazir həmçinin Kimyəvi silahın qadağan olunması Təşkilatının ekspertləri artıq Suriyanın Duma şəhərində araşdırma aparmaq üçün yola çıxdığını bildirib. Onların sabah səhər saatlarında Dəməşqə enəcəkləri və oradan birbaşa Duma şəhərinə yollanacaqları bildirilir.

Nazir rusiyalı ekspertlərin heç bir sübut tapmadıqları ərazilərdə digər ekspertlərin də heç bir sübut tapa bilməyəcəyini qeyd edib.

Qeyd edək ki, mart ayının 7-də Suriyanın Şərqi Quta əyalətinin Duma şəhərində kimyəvi hücum olduğu ilə bağlı martın 8-də bir çox qeyri-hökumət təşkilatları bəyanat verib. ABŞ tərəfi isə bunu təsdiqləyərək Suriya ərazisinə bir sıra zərbələr endirib. Bundan sonra Rusiya tərəfi ərazidə yoxlamalar keçirdiyini və heç bir kimyəvi silah tətbiqi ilə bağlı izə rast gəlmədiklərini bildiriblər. Bunun ardınca Ümumdünya Səhiyyə Təşkilatı əraziyə andirilən zərbələr nəticəsində 70 nəfərin öldüyü onların da 43 nəfərində kimyə zəhərlənmədəki simptompalırn müşahidə olunduğunu bundan əlavə daha 400 nəfərin bu sinptomlarla xəstəxanalara müraciət etdiyini bildirib. Təşkilat əraziyə humanitar yardım və hadisənin miqyasını məyyənləşdirmək üçün təcili olaraq əraziyə buraxılmağı tərəflərdən tələb edib.

Xəbər 1479 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +