Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


18.12.2022  10:28 

“Yol açılan kimi İrəvana gedəcəyik” - Ermənilər narahatdır





A+  A-

Qarabağın dağlıq hissəsində yaşayan bəzi mülki ermənilər Azərbaycana məxsus ərazilərdən çıxıb getmək istəsələr də, Arayik Arutyunyan, Ruben Vardanyan, Vitali Balasanyan, David Babayan kimi separatçı-terrorçuların qorxusundan hələ ki bu addımı ata bilmirlər.

Xankəndi-Laçın yolunun bağlanmasından sonra Qarabağı tərk etmək istəyən ermənilərin sayı xeyli çoxalıb.

“Bu vəziyyətdən bezmiş və ilk fürsətdə “Artsax”ı tərk edəcəklərini söyləyənlər var. Çünki “Artsax”da gələcək qeyri-müəyyən və təhlükəlidir”,- “Hraparak” yazıb.

44 günlük müharibədən sonra iki uşağı ilə Xankəndiyə köçən hadrutlu qadın Anahit Xaçatryan “Hraparak”a deyib ki, o, Qarabağda qalmaq istəmir, yol açılsa belə, burada yaşamaq çox təhlükəlidir.

“Yol açılan kimi biz dərhal İrəvana gedəcəyik. Hər dəqiqə yol yenidən bağlana bilər. Açılıb-bağlanacaq, açılıb-bağlanacaq, beş dəfə açılıb-bağlanacaq və “Artsax”da heç kim qalmayacaq. Yol açılan kimi mən iki uşağımla birlikdə kirayə yaşamaq üçün İrəvana gedəcəyəm”, - Anahit Xaçatryan deyib.

Onun sözlərinə görə, hazırda Qarabağda insanlar ərzaq və dərman çatışmazlığından narahatdırlar..

“Məsələn, kartof yoxdur, kartof böhranı var, hətta apteklərdə sadə ürək dərmanı belə yoxdur. Uşaqlar məktəbə getmir, bunun nə demək olduğunu başa düşürsüz...”./“Yeni Sabah”



Xəbər 1145 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +