Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


02.04.2025  10:02 

“Ziyalılar”, özünüzü dırnaq içindən çıxarın!“ - Mirşahin





A+  A-

"Bir telekanalın aparıcısı ehtiyatsız ifadəyə yol verib. Audiovizual Şura da, çalışdığı kanal da tədbir görüb. Əslində söhbət bağlanmalı idi… Amma yox… Linç tam sürətlə davam edir”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Real TV-nin baş direktoru Mirşahin Ağayev feysbuk hesabında yazıb.

“Bilən də, bilməyən də, başı çıxan da, çıxmayan da bir insanı gözümüzün qabağında mənəvi terrora məruz qoymaqdadır! Hamısı cəsarətli çıxıb! Belə həssassınızsa, dəyər qədri bilənsinizsə, hər gün milləti təhqir edən antigigiyenik Sevinc Osmanqızı, Tural Sadiqli, Qənimət Zahid, Məhəmməd Mirzəli, soyadını unutduğum Qabil, Manaf və s. kimi əsl ictimai məzəmmətə, linçə layiq olan zir-zibil topasının üzərinə gedin! Niyə susurdunuz? Niyə susursunuz? Cəsarətiniz varsa, onlarla vuruşun! Onları linç edin! Bu zir-zibil “tv”lərin xalqımızı hər gün təhqir etməsinə susan dırnaqiçi “ziyalılar”, özünüzü dırnaq içindən çıxarın! O yazıq qızı da rahat buraxın! Yığışdırın bu düşük boşboğazlığı!”, - deyə, M. Ağayev bildirib.

Xatırladaq ki, bir neçə gün öncə “Kanal S”in aparıcısı Nigar Fərhadın efirdə işlətdiyi “Mənim oğlum olsa, mən ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub. Bu gündən onun aparıcılığını etdiyi “Sözün bitdiyi an” verilişinin yayımı dayandırılır.

Xəbər 2311 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +