Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir


05.11.2023  20:56 

Gələn il kimlərin KREDİTİ silinəcək?. - Açıqlama





A+  A-

“2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə üçün 1,7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı çoxsaylı sualların olmasını nəzərə alaraq qeyd etmək istərdik ki, əvvəlki illərdə də bu məqsədlə dövlət büdcəsindən vəsaitlərin ayrılması nəzərdə tutulurdu”.

Xəzərnews.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov özünün sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid ailəsi statusu almış ailələrin kredit borcunun silinməsi də qanunveririclikdə öz əksini tapıb:

“Qeyd edək ki, “Vergi Məcəlləsinə” əsasən, Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirlərə aid edilmir. Müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid edilir.
Bu baxımdan, qeyd olunan priortitet qruplar üçün kredit borcunun silinməsi növbəti ildə də nəzərə alınacaq. Bu isə, həmin ailələrin sosial təminatının gücləndirilməsi məqsədi daşıyır”.

Xəbər 1415 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +