Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı


27.10.2023  10:50 

“Ziraat Bank Azərbaycan” çətin durumda: 44 milyon manatdan çox əmanət geri çəkilib





A+  A-

2023-cü ildə şirkətlər və əhali "Ziraat Bank Azərbaycan”dan əmanətinin 45 milyon manatdan çoxunu geri çəkib.

Xəzərnews.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında qeyd olunur.

Hesabata əsasən bu ilin III rübündə bankda fiziki şəxslərin tələbli depozitlərinin həcmi 22,2 milyon manat təşkil edib. Bu isə ilin əvvəli ilə müqayisədə 6,5% və ya 1,6 milyon manat azdır. 2023-cü il yanvarın 1-nə əhalinin bankdakı tələbli əmanətlərinin həcmi 23,8 milyon manata bərabər olub.

Şirkətlərin "Ziraat Bank Azərbaycan”dan geri çəkdiyi əmanətlərin həcmi isə daha böyükdür. Belə ki, bankda hüquqi şəxslərindən müddətli depozitləri bu il 2 dəfə və ya 44,1 milyon manat azalaraq 44,3 milyon manata enib. Bu ilin yanvarın 1-də bu rəqəm 88,4 milyon manat təşkil edib.

Bu ilin III rübü üzrə "Ziraat Bank Azərbaycan”ın ümumi depozit portfeli isə 391,9 milyon manat təşkil edib. Bu da ilin əvvəlinə nisbətən 23,3% çoxdur.

Xatırladaq ki, "Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i "Ziraat Bank”a (Türkiyə), 0,01% - "Ziraat Texnoloji Şirkəti”nə, 0,01%-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.

Xəbər 1055 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +