Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


06.09.2019  10:57 

Arvadını öldürüb gölməçəyə atdı, 7 il sonra həbs edildi





A+  A-

Bakıda 7 il əvvəl arvadını öldürüb itkin düşdüyünü deyən kişinin məhkəməsi başlayır.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hadisə 2012-ci ilin sonlarında baş verib. Qobustan qəsəbə sakini Nazim Cəfərov həyat yoldaşı Kamilə Cəfərovanı bıçaqlayaraq öldürüb, sonra isə meyiti qəsəbə ərazisindəki su hövzəsinə atıb. Bir neçə ay sonra isə arvadının itkin düşməsini polisə xəbər verib. K.Cəfərova 2013-cü ilin yanvarın 6-dan itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və axtarışlara başlanılıb. Həmin ilin noyabrın 20-də Qobustan rayonunda gölməçədən çürümüş meyit tapılıb. Onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadığı üçün həmin şəxsin Kamilə Cəfərova olduğu bilinməyib.

2019-cu ilin mart ayında cinayətin üstü açılıb və K.Cəfərovanı elə öz ərinin öldürdüyü aydın olub. N.Cəfərov qəsdən adam öldürməkdə ittiham edilərək həbs edilib. Onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılacaq.

Xəbər 1389 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +