Qarabağın oyununda dava -VİDEO
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video


25.06.2022  09:15 

Bakıdan Füzuliyə ilk müntəzəm avtobus reysi açılıb





A+  A-

"Bu gün işğaldan azad edilmiş ərazilərə üçüncü müntəzəm avtobus reysimiz başlayır".

XəzərNews.az xəbər verir ki, bunu Füzuli şəhərinə bu gün ilk müntəzəm avtobus reysinin açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O, bildirib ki, bu, yeni Bakı-Füzuli-Bakı maşrutudur:

"Reyslər bu mərhələdə həftədə bir dəfə olmaqla şənbə günü təşkil olunacaq. Növbəti mərhələdə tələbatı təmin edərək reyslərin sayını artıracağıq. Bu da təhlillərdən asılı olacaq. Reys Şuşa və Ağdam reysi ilə tamamilə eyni formatda təşkil olunur. Belə ki, avtobus və sərnişinlər Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müşayiət olunacaq. Ziyarət yerlərində bələdçilər olacaq.

Sərnişinlər bizim tarixi və mənəvi abidələri ziyarət edə biləcəklər. Bu mərhələdə Merdinli kənd məscidi, Füzuli şəhərinin mərkəzi, yeni Beynəlxalq Füzuli Hava Limanı və Qarğabazar Karvansaray kompleksi ziyarət olunacaq. Növbəti mərhələlərdə digər abidələr də ziyarət olunan yerlərə əlavə ediləcək. Biletlər yalnız "Yolumuz Qarabağa" portalı üzərindən onlayn qaydada satılır. Kassalarda bilet yoxdur".

"Füzulini ziyarət etmək istəyənlərin aktivliyi kifayət qədər yüksək olub. İlk reysdə bütün biletlər satılıb. Avtobus 59 nəfərlikdir", - Xidmət rəisi əlavə edib.

Xəbər 1455 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +