Qarabağın oyununda dava -VİDEO
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video


10.02.2021  17:11 

Sürücülərin nəzərinə - bu küçə təmir edilir





A+  A-

Vətəndaşların rahat gediş-gəlişində yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri üzrə aparılan kompleks tədbirlər çərçivəsində, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərNews.az-a bildirilib ki, qısa müddət ərzində icra olunan təmir işləri küçənin 410 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsində yaranan çalalar və torşəkilli çatların gələcəkdə yol yatağına vura biləcək daha ciddi zərərin qarşısını almaq məqsədi ilə asfalt-beton örtüyünün aşınma qatı tam olaraq yenilənib.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yolun hərəkət hissəsində müəyyən genişləndirmə işləri icra olunub. Daha sonra isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 6 min kv.m-ə yaxın sahəni əhatə edib.

Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib.

Sonuncu mərhələdə Nəcəfqulu Rəfiyev küçəsinin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Qeyd olunan ərazidə təmir işləri tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən qısa müddət ərzində icra olunaraq yekunlaşdırılıb.

Artıq küçə yeni görkəmdə vətəndaşların istifadəsindədir.

Xəbər 2128 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +