Qarabağın oyununda dava -VİDEO
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video


16.02.2018  09:06 

200 minlik qızıl yoxa çıxıb





A+  A-

“Lombard” sahibi Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi zamanı məhkəmədə gərginlik yaşanıb.
XəzərNews.az “Bizim Yol”a istinadən xəbər verir ki, külli miqdarda dələduzluq cinayəti üzrə işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə iclasına Dürrə İsmayılovanın vəkilinin gəlməməsi zərərçəkmişlərin etirazına səbəb olub. Sədrlik edən hakim Əhməd Quliyev də bunu məhkəmə prosesini qəsdən uzatmaq kimi qiymətləndirib. O bildirib ki, ötən prosesdə də Dürrə İsmayılova səhhətində problem olduğunu əsas gəirərək, məhkəməyə gəlməyib. “Bu dəfə isə vəkilin gəlməməsi prosesin vaxtını bilərəkdən uzatmaqdır” – deyən hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edib.

Rəşad adlı tanışı tərəfindən aldadıldığını deyən təqsirləndirilən Dürrə İsmayılova zərəri ödəmək üçün evini satışa qoyduğunu deyib. O bildirir ki, “Lombard”ı Rəşaddan işlətmək üçün götürüb və uzun müddət işlədib. Zərərçəkmişlər bildirir ki, Dürrə İsmayılova Rəşadla təhvil-təslim edərkən onların banka girov qoyduqları qızılları da götürüb. Onlar da uzun müddət Dürrəyə ödəyiblər. Dürrə İsmayılova Rəşad adlı şəxsin götürdüyü qızıllara görə məsuliyyət daşımadığını deyib.

O, məhkəmədə bildirib ki, Rəşad adlı şəxs ona qızılları qaytarmadığı üçün zərərçəkmişlərə ziyanı ödəyə bilmir. Proses fevralın 16-da davam edcək.
Dürrə İsmayılova zərərçəkmişlərin ümumilikdə 200 min manatdan çox dəyərdə olan qızılını ələ keçirməkdə təqsirləndirilir.

Onun barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Xəbər 1450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +