Qarabağın oyununda dava -VİDEO
Fuad Nağıyevə sərt ittihamlar - “Tahir Əmiraslanovu Şuşadan qovdu”
Donetskdə matəm elan edildi
London Parisin strateji səhvini düzəltdi
AAAF parkda 14 saatdır su gəlmir - ŞİKAYƏT
Elmlə məşğul olanlar bu boşluqda əzilir... - Alim
Ruslar Ukraynaya 3 “İsgəndər” raketi atdı
İstilər başladı...
Azərbaycanda kartof bahalaşdı - Video
Əhəd Abıyev villasını 2 milyon dollara satır - Video


01.05.2017  12:00 

İlham Əliyev açılış etdi





A+  A-

Prezident İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib.
XəzərNews.az xəbər verir ki, İlham Əliyev kampusun açılışını bildirən lenti kəsib.

Məlumat verildi ki, Bakı Ali Neft Məktəbinin kampusunun inşasına 2012-ci ilin aprel ayında başlanılıb. Kampusun ümumi ərazisi 7 hektardır. Bunun 47 min kvadratmetri ümumi tikinti sahəsi, 42 min kvadratmetri isə əsas korpusun sahəsidir. Kampusda əsas korpus, 400 çarpayılıq yataqxana, fitnes mərkəzi, 1000 yerlik süni örtüklü stadion, iki qazanxana, 10 kilovoltluq elektrik yarımstansiyası, iki su hovuzu, nasosxana, dörd keçid məntəqəsi, iki tennis kortu, voleybol, basketbol və yüngül atletika meydançaları var.

Əsas korpus isə 600 nəfərlik akt zalı, üzgüçülük hovuzu, iki idman zalı, soyunub-geyinmə otaqları, 110 yerlik auditoriya zalı, 300 yerlik yeməkxana, tədris auditoriyaları, inzibati və xidməti otaqlar, müasir tədris laboratoriyaları, kitabxana və üzmə hovuzu olan uşaq bağçasından ibarətdir.

Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunda təlim-tədris üçün yaradılan şəraitlə tanış olub.

Xəbər 1609 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi

08.03.2025  12:43 

İstilər başladı...


BÜTÜN XƏBƏRLƏR +