Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


08.02.2022  15:03 

Biblioqrafiya Sabir Rüstəmxanlıya həsr edildi





A+  A-

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətlər” seriyasından hazırladığı növbəti biblioqrafiya Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Azərbaycanın Xalq Şairi, Millət Vəkili Sabir Rüstəmxanlıya həsr edilib.

XəzərNews.az xəbər verir ki, Azərbaycan və rus dillərində nəfis tərtibatda hazırlanan biblioqrfaiyada Sabir Rüstəmxanlının kitabları, dövrü mətbuatda, dərsliklərdə çap olunmuş əsərləri, elmi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, habelə onun həyat və yaradıcılığını əks etdirən nəşrlər yığılmışdır. Kitabda görkəmli ədəbiyyat adamlarının, ictimai-siyasi xadimlərin S.Rüstəmxanlı haqqında fikirləri, dünya kitabxanalarında olan kitablarının siyahısı, təsisçisi olduğu mətbu orqanlar və təşkilatlar haqqında da məlumat verilir.

Biblioqrafiya Sabir Rüstəmxanlının bir ədib və ictimai siyasi xadim kimi yaxın dövr tariximizdə Azərbaycan mühitində müstəsna mövqe tutduğunu təsdiqləyir. Sabir Rüstəmanlının həyatı haqqında geniş məlumat əks olunan nəşrdə onu ədəbi yaradıcılığında hər zaman sadiq qaldığı milli azadlıq idayalarının ictimai siyasi fəaliyyəti ilə gerçəkləşdirdiyi oxucu üçün aydın olur.

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tətqiqatçılar və geniş oxucu üçün nəzərdə tutulub.



Xəbər 1684 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +