Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var


23.12.2024  22:14 

Bakıda əmək münasibətlərinə dair konfrans keçirilib - FOTOLAR





A+  A-

Bu gün Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi tərəfindən Birliyin qızıl üzvü Azər Türk Bankın dəstəyi ilə “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının (ESG) əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilib

Xəzərnews.az Türküstan.az-a istinadən xəbər verir ki, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, millət vəkilləri, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin müşavirləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və iş adamları iştirak edib.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, ŞKTR-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer mövzunun sahibkarlar üçün əhəmiyyətindən danışıb, ölkə başçısının növbəti onillik üçün qarşıya qoyduğu “Rəqabətli insan kapitalı” Milli Prioritetinə çatmaq üçün bu növ tədbirlərin vaxtaşırı təşkil edilməsinin önəmini vurğulayıblar.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında KOBİA-nın təşəbbüsü ilə hazırlanmış və yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunmuş “AZS IWA 48:2024 “Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartı barədə məlumat verərək bizneslərin ESG prinsiplərinə riayət etməsinin biznes proseslərinin optimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasına və xüsusilə, xarici investisiyaların cəlb edilməsinə imkan verəcəyini qeyd edib.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva Respublikamızda işçilərin əmək hüquqlarının müdafiəsi, iş yerlərinin təhlükəsizliyinin təmin edilməsi və əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik və görülmüş işlər, Nazirlik tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi, eləcə də qeyri-formal məşğulluğun qarşısının alınması, ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini Elçin Süleymanov isə əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtib edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə çıxış ediblər.

Daha sonra Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə layihəsi olan “DOST Müfəttiş” layihəsi barədə təqdimat edilib.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.











Xəbər 3378 dəfə oxunub.



12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib


BÜTÜN XƏBƏRLƏR +