Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var


18.12.2024  17:06 

Nasazlıq, ləngimə... - Metropoliten rəsmisi: “Bu, sərnişinin günahı üzündən baş vermir”





A+  A-

Axır vaxtlar Bakı metrosunda tez-tez nasazlıq baş verir. Buna səbəb nədir? Nasazlıq hallarının artması nə ilə bağlıdır? Həmçinin, qatarların intrevalında tez-tez yaranan uzun fasilələrin səbəbi nədir?

Xəzərnews.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov suallarla bağlı “Yeni Sabah”a açıqlama verib:

“İl ərzində Bakı metrosunda ümumən 6-7 nasazlıq yaranıb. Statistik məlumatlara nəzər salsaq, 10 il bundan əvvəlki dövrlə müqayisədə indiki nasazlıqların sayı əsaslı şəkildə azalıb. Əvvəllər bu haqda az qala hər həftə, yaxud aya bir neçə məlumat paylaşılırdısa, indi 11 ay müddətində 6-7 problemdən danışırıq.

Nasazlıqların azalmasının səbəbləri bəllidir. Təmir prosesində tətbiq olunan texnoloji yeniliklər buna rəvac verib”.

B.Məmmədov qeyd edib ki, metroda hər gün yubanmalar var:

“Bəzi günlərdə bu, xüsusi xarakterlidir. Çünki yubanma vaxt baxımından çox olur. Təbii ki, hər hansısa bir sərnişini qınamaq doğru deyil. Metropoliten sərnişinə daşıma xidməti göstərirsə, onun infranstukturunun bəlli problemləri əslində, sərnişinin problemi deyil. Yaxud sərnişinin günahı üzündən baş vermir. Amma bu gün Bakı Metropoliteninin bəlli buraxıcılıq qabiliyyəti var. Yəni platforma səviyyəsində keçidlərin, eskalatorların, vaqonların hər birinin tutumu var. Hər bir vaqon 315-329 sərnişin tutur.

Yaşıl-qırmızı xətlərimizdə də ən çox istifadə edilir. Xətdə 5 vaqonlu qatarlar fəaliyyət göstərir. Bir qatarda 1600-dək sərnişin hərəkət edə bilir. Sadəcə olaraq, bugün metropolitenin əsas problemi ondan ibarətdir ki, yaşıl və qırmızı xətlər “28 May” stansiyasında nəinki kəsişir, hətta birləşir və “28 May”- “Həzi Aslanov” istiqamətində faktiki olaraq birxətli hərəkət təşkil olunur.

Bugünki texniki imkanlar daxilində intervalın 2 dəqiqədən aşağı salınması qeyri-mümkündür. Buna görə də metropoliten mövcud infranstukturun imkan verdiyi bəlli bir səviyyədə sərnişindaşımanın tənzimlənməsi məqsədilə artıq stansiya girişlərində, eyni zamanda vestübillərdə müəyyən tədbirlər həyata keçirir.

Sərnişindaşıma və qatarların hərəkət təhlükəsizliyi metropolitenin əsas borcu və vəzifəsidir. Bu baxımdan lazım olan tədbirlər bu istiqamətdə görülür.

Hazırda “Həzi Aslanov” stansiyasında təmir işlərinin başlanması ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik baş verdiyindən həm texniki, həm də insan resursları baxımından müvafiq tənzimləmələrlə bağlı xüsusi monitorinqlər aparılır. Bundan əlavə olaraq, Bakı Metropolitenində müntəzəm monitorinqlərin hər dövr üçün fərqli xüsusiyyətləri var. Yəni həm “Həzi Aslanov” stansiyasında təmir işlərinin başlanması ilə əlaqədar qrafikdə olan dəyişikliklər, həm də dekabr ayına xas olan dəyişikliklərlə bağlı monitorinqlər davam etdirilir. Burada intervalı aşağı salmaq qeyri-mümkündürsə, infransturukturun bəlli buraxıcılıq qabiliyyəti varsa, səhər, günorta və axşam saatlarında sərnişinlərin metrodan istifadə edərkən ən sıx dəqiqələri, hər bir stansiya üzrə sərnişin axını və sıxlığının dəqiq hesablanması və buna uyğun olaraq qatarların “Memar Əcəmi” və “Neftçilər” stansiyasından geri qaytarılması üzərində iş aparılır, yoxlanılır.

Bu müddətlərin dəyişilməsi də mümkündür. Yəni əvvəlki qrafikə uyğun olaraq, Bakı Metropolitenində “Memar Əcəmi” istiqamətindən qatarın geri qaytarılması saatın hər hansı dəqiqəsində baş verirsə, bu dəqiqədə müəyyən dəyişikliklər də ola bilər. Bu kimi monitorinqlər hər gün davamlı olaraq aparılır”.

Xəbər 3595 dəfə oxunub.



12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib


BÜTÜN XƏBƏRLƏR +