Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


15.09.2020  15:22 

DİN “Neftçi” – “Qalatasaray” oyunu ilə bağlı məlumat yaydı





A+  A-

Daxili İşlər Nazirliyi, AFFA və "Neftçi" klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray" ilə oyun öncəsi birgə açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, bəyanatda matçın UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına uyğun olaraq, azarkeşsiz keçiriləcəyi xatırladılıb.

Hər iki komandanın Azərbaycanda çoxlu sayda azarkeşinin olması nəzərə alınaraq, bir daha bildirilib ki, COVİD-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət olunması vacibdir. "Qalatasaray" komandasının Bakıya gəlişi zamanı hava limanında, komandanın qalacağı otelin qarşısında, məşq edəcəyi və oyunun keçiriləcəyi stadionun ətrafında, eləcə də digər müvafiq məkanlarda azarkeşlərin kütləvi toplaşması yolverilməzdir.

DİN, AFFA və "Neftçi" koronavirusa yoluxma hallarının artım riskini nəzərə alaraq, azarkeşləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara riayət etməyə çağırır.

Azarkeşlər sevimli komandalarına çatdırmaq istədikləri mesajları videoya çəkərək CBC Sport televiziya kanalına göndərə bilər. Həmin videomesajlar CBC Sport-da, həmçinin oyun günü Bakı Olimpiya Stadionunun monitorlarında nümayiş etdiriləcək.

Qeyd edək ki, sentyabrın 17-də keçiriləcək görüş saat 17:00-da başlanacaq.

Xəbər 2261 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +