Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


27.11.2023  23:07 

ATU-də 8 tələbədə qızılca aşkarlanıb





A+  A-

Azərbaycan Texniki Universitetdə ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.

Xəzərnews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə
universitetin mətbuat katibi Sevinc İsgəndərova məlumat verib.

S.İsgəndərova bildirib ki, həmin tələbələr izolyasiya olunublar.

“Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib”, - universitet rəsmisi əlavə edib.

Qeyd edək ki, ötən ay Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyəti müvəqqəti dayandırılıb. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında qızılcaya yoluxma halı aşkarlanıb. Bundan əlavə Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad Filialının üç tələbəsində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) isə bir tələbəsində qızılca aşkar edilib.


Xəbər 1090 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +