Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


02.03.2022  16:34 

XİN vətəndaşlara xəbərdarlıq etdi





A+  A-

Ukrayna ərazisindən Azərbaycan vətəndaşlarının keçidi ilə bağlı sosial şəbəkələr vasitəsilə çoxsaylı müraciətlər daxil olur. Bilirsiniz ki, insanların sərhəd məntəqələrinə axını səbəbindən uzunluğu kilometrlərlə ölçülən növbələr yaranır.

"Bu səbəbdən insanlar saatlarla növbədə gözləməli olurlar. Polşadan əldə etdiyimiz son məlumata əsasən, bu günlər ərzində çoxsaylı keçidlər səbəbi ilə ölkənin əsas şəhərləri olan Varşavada və Krakovda məntəqələr dolub. Buna görə də bu ölkədə olan vətəndaşlarımız Polşa hökuməti tərəfindən təşkil olunmuş avtobuslarla digər şəhərlərə göndərilir".

XəzərNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mətbuat konfransında bildirib.

Leyla Abdullayeva bildirib ki, vətəndaşlarımız, sərhədi keçdikdən sonra, ilk növbədə, Azərbaycanın həmin ölkədəki səfirliyi ilə əlaqə saxlayaraq, özləri, yerləşdikləri ünvan, eyni zamanda, mobil telefon nömrələri haqqında məlumat verməlidirlər. Həmin vətəndaşlarımız səfirlikdə qeydiyyata alınmalıdırlar ki, növbəti günlərdə təxliyə prosesi zamanı onların qeydiyyatı nəzərə alınsın.

“Ukraynada olan vətəndaşlarımızdan təhlükəsizlik tələblərinə ciddi riayət etmələrini xahiş edirik. Onların hərbi qüvvələrin cəmləşdiyi, hərbi infrastrukturun olduğu yerlərdən kənar və uzaq olmaları, təhlükəsiz yerlərdə, öz evlərində qalmaları məsləhət görülür”, - deyə L.Abdullayeva əlavə edib.

Xəbər 1800 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +