Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


16.06.2021  15:54 

Vətən müharibəsi qazisi komadan ayılmadı...





A+  A-

Bir neçə gün əvvəl komaya düşən Vətən müharibəsi qazisi, Masallı rayonundan olan Zeynal Şahhüseynli bu gün vəfat edib.
Bu barədə XəzərNews.az-a Masallı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, 1998-ci il təvəllüdlü Z. Şahhüseynli beynindəki qansızma səbəbindən vəfat edib.

Xatırladaq ki, Z. Şahhüseynlinin atası Füzuli Şahhüseynli saytımıza oğlunun müharibədə beyin damarından kontuziya aldığını, buna görə bir müddət Füzuli Hospitalında, daha sonra isə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında müalicə aldığını bildirmişdi. Onun sözlərinə görə, tibb müəssisəsindən buraxıldıqdan sonra ev şəraitində müalicə alan oğlu iyunun 5-də Lənkərana gedərkən yolda səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında cihazlara bağlı vəziyyətdə olan döyüşçünün səhhətinin normallaşdırılması üçün müalicə aparılıb.



Xəbər 2016 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +