Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


29.10.2024  11:24 

Şəhid Elnur Sadıqovun şəhadətindən 4 il ötür





A+  A-

Bu gün 29 oktyabr - Vətən müharibəsi şəhidi Sadıqov Elnur Kərim oğlunun şəhadət günüdür.

Xəzərnews.az xəbər verir ki, Elnur Kərim oğlu Sadıqov 9 may 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulub. Təzəkənd kənd Elxan Fətiyev adına 1 saylı tam orta məktəbdə təhsil alıb. Təhsilini bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə gedib. Elnur Tərtər rayonunda N saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət edib. O, yaxşı döyüş hazırlığına və çevikliyinə görə dəfələrlə Fəxri Fərmanlar alıb və eyni zamanda Müdafiə naziri Zakir Həsənov ona qol saatı hədiyyə edib.

Elnur Sadıqov İkinci Qarabağ savaşı başlayan zaman öz əsgər yoldaşları ilə birgə doğma torpaqlarımızı zəbt edən erməni quldurlarına qarşı mübarizəyə qoşulub. O, Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək düşmənə qan uddurub. Elnur Sadıqov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə sondamla qanına qədər vuruşaraq oktyabr ayının 29-da şəhidlik zirvəsinə ucalmışdı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Sadıqov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Sadıqov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.



İsmayıl Niftiyev
XəzərNews.az


Xəbər 7317 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +