10.02.2017 14:11
"İndiki spred (alış ilə satış arasındakı fərq) əsasında bankların dövriyyəsini hesablasaq görərik ki, banklar gündəlik aşağı qiymətə aldığı 7-8 milyon dolları baha qiymətə satdıqda təxminən 500-700 min dollar arası qazanc əldə edirlər”
Bunu açıqlamasında iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə görə, banklar da aldıqlarından əlavə 1-2 milyon dollar satırlar və qazanclarını daha da artırırlar: "Tam üzən məzənnəyə keçidin mənfi fəsadlarından biri özünü göstərməkdədir. Söhbət spekulyasiyadan gedir. Artıq spekulyasiyanın nəticəsi olaraq dollar süni sürətdə ucuzlaşdırılır. Banklar vəziyyətdən sui-istifadə edərək alış qiymətini kəskin aşağı salıblar. Rəsmi məzənnə 1 dollar üçün 1,82 manat olduğu halda alış qiyməti 10% ucuz - 1,65 manata endirilib. Satış isə ən çoxu 4% bahadır. Bankların satdığı dolların spredi (alış ilə satış arasındakı fərq) 3%-dən 15%-ə qədər dəyişir. Yəni ən az qazanan bank 3%, ən çox qazana bank isə 15% qazanır. Ortalama bankların gündəlik qazancı 7-9% arasında dəyişir.
Mərkəzi Bankın rəsmi məlumatına əsasən, ölkə üzrə gündəlik dollar alışı 7-8 milyon, satışı isə 8-10 milyon dollar arasında dəyişir. Bu göstərici illər üzrə dəyişir və 2014-2016-cı illərdə kəskin artıb. 2015-ci ildə özünün pik həddinə çatıb”.
Samir Əliyev bildirib ki, banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər və bu fəaliyyət ilə gündə ən azı 600-900 min dollar qazanırlar: "Göründüyü kimi banklar aktiv spekulyasiyaya girişiblər. Cəmiyyətdə süni surətdə yaradılmış panika makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir. Banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər və bu fəaliyyət ilə gündə ən azı 600-900 min dollar qazanırlar”.
İqtisadçı qeyd edib ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası isə prosesə müdaxilə etmək əvəzinə müşahidə mövqeyi tutublar: "Bunun zərbəsi isə əhaliyə və sahibkarlara dəyir. Sonda isə iqtisadiyyat itirir”.
(bakipost.az)
|
28.03.2025 22:50
28.03.2025 14:30
Nikol Paşinyan Azərbaycanı Qarabağ hərəkatının bərpası ilə hədələdi
28.03.2025 13:07
28.03.2025 12:57
28.03.2025 12:52
28.03.2025 12:05
28.03.2025 11:55
28.03.2025 11:32
28.03.2025 10:50
28.03.2025 09:45
27.03.2025 21:09
27.03.2025 21:01
27.03.2025 20:56
27.03.2025 20:48
27.03.2025 16:47
27.03.2025 16:32
27.03.2025 14:42
27.03.2025 14:23
Bakıda tikinti şirkəti yaşayış olan evi belə dağıtdı... - VİDEO
27.03.2025 14:04
27.03.2025 13:34
27.03.2025 13:15
27.03.2025 13:12
27.03.2025 12:55
27.03.2025 12:36
27.03.2025 12:31
27.03.2025 12:21
27.03.2025 12:01
27.03.2025 11:56
27.03.2025 11:54
27.03.2025 11:50
27.03.2025 10:34
26.03.2025 11:34
26.03.2025 11:14