Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


22.07.2025  11:05 

Gilan RLS İranın Rusiya və Türkiyəyə qarşı hazırladığı və İsrailə təhvil verə biləcəyi stansiyadır - ŞƏRH





A+  A-

“Rusiya ilə birlikdə Xəzər dənizində hərbi təlim keçirməsinə İran mətbuatının, rəsmi İranın ilkin məlumatı ənənəvi oldu. İran Xəzər dənizində Azərbaycanın layihələrinin həmişə əleyhinə olub və Azərbaycanı da bununla hədələyib. Sonradan İran bu mövzuda susdu. Ehtimal ki, Xəzər dənizində Rusiya və İran hərbi təlimləri Azərbaycanın əleyhinə yönəlməyib. Azərbaycan “ABŞ və NATO-nu Xəzər dənizinə gətirib”, - bunlar unuduldu”.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, Rusiya ilə birlikdə Xəzər dənizində hərbi təlim guya bu ABŞ-a mesajdır:

“Əslində İranın zəifliyi, Rusiyaya sığınması kimi yanaşmaq daha düzgün ola bilər. Nəzərə alınmalıdır ki, Rusiya Xəzərin hüquqi statusu barədə 2018-ci il Aktau bəyannaməsini ratifikasiya etməyib.

ABŞ dördüncü ildir ki, hərbi qüvvələri ilə Ermənistanda yerləşir. İran bir dəfə də olsun ABŞ-ın Ermənistandakı siyasətinə münasibət bildirməyib. Ümumi Qərb ifadəsi və ya Aİ hərbi birləşmələri işlədir, “ABŞ” ifadəsi işlətməyə İranın gücü çatmır.

İranın Xəzərin sahilində, Gilanda RLS fəaliyyətə buraxması barədə məlumat var. Bu RLS tək Cənubi Qafqaz ölkələrini deyil, Rusiya və Türkiyənin də ərazilərini görür. Türkiyədə Van bölgəsini aydın görən bu RLS Rusiyanın da ərazisinin təxminən 750 km məsafəni görür. Gilan RLS elektron müharibə aparmaq gücündədir. Azərbaycanın bir nömrəli bortuna Rusiya ərazisində elektron müdaxilə etməklə bu gün Azərbaycanla Rusiya arasında gərginliyin bir qanadının yaratdığını düşünmək olar. Gilan RLS Rusiya üçün birbaşa təhlükədir. Türkiyənin başı başqa işlərə qarışıb. Ona görə hələki Türkiyə tərəfindən buna heç bir reaksiya gəlməyib. Türkiyə də bu məsələyə qoşulacaq”.



Politoloq qeyd edib ki, Rusiyanın əsas məqsədi Gilan RLS-nin nəzarətə almaqdır:

“Bundan ötrü ali rəhbərin müşaviri Əli Laricanini Putin qəbul etdi. Ə.Laricaninin qəbulunda əsas səbəb o İran müdafiə nazirini V.Putinin yanına aparmaq idi və əllərində də M.Pezeşkianın məktubu idi. İranda başa düşürlər ki, ali rəhbəri Kremldə tanıyırlar və ona görə M.Pezeşkianın adı ilə vəziyyəti yumşaltmaq istəyirlər. Gilan RLS SEPAH-ın deyil, İran Müdafiə Nazirliyinin balansındadır. Müdafiə naziri Ə.Nəsirzadənin RF-in ünvanına bəzi qeyri-dəqiq ifadələri, bəlkə də yalanları var idi.

İsrailin İrana hücumundan bir ay əvvəl Gilanda dövlət əleyhinə işləyən 40 nəfər yerli sakini hökumət qüvvələri həbs etmişdilər. Bəlkə də İsrailə casusluq edirmişlər. İsrailin Rəştə (Gilan ostan) zərbələr endirməsi də düşündürücüdür.

Gilan RLS İranın Rusiyaya qarşı hazırladığı və istənilən anda ABŞ və İsrailə təhvil verə biləcəyi stansiyadır. Ona görə Rusiya bunu nəzarətsiz buraxa bilməz. RF İranın şimalındakı vəziyyətə nəzarət etməlidir”.



Xəbər 1183 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +