Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə
Hər iki ölkə əlaqələrin inkişafı üçün səy göstərməlidir - Əliyev


21.11.2022  09:29 

Blinken azərbaycanlıların etirazına dəstək verdi





A+  A-

ABŞ dövlət katibi Entoni Blinken İranın Qərbi Azərbaycan vilayətinin Məhabad (keçmiş adı Soyuqbulaq) şəhərində təhlükəsizlik güclərinin etirazçılara qarşı zorakılıq hallarının artması ilə bağlı paylaşım edib.

XəzərNews.az Report-a istinadən bildirir ki, ABŞ diplomatiyasının rəhbəri tviterdə yazıb:

"İran hakimiyyətinin xüsusilə Məhabad şəhərində etirazçılara qarşı zorakılıqları gücləndirdiyinə dair xəbərlərdən son dərəcə narahatam. Biz İran xalqının yanında olduğumuz üçün bu işdə əli olanlara məsuliyyətə cəlb olunmasına çalışmağa davam edəcəyik".

Xatırladaq ki, noyabrın 19-da İran təhlükəsizlik gücləri Qərbi Azərbaycanın Məhabad şəhərində etirazçılara qarşı odlu silahdan atəş açıb. Nəticədə 3 nəfər həlak olub.

Qeyd edək ki, sentyabrın 16-da Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra İranda mitinqlər başlanıb. Ölkənin güc strukturları etirazçılara qarşı zorakılıq tətbiq edir, kütləvi şəkildə həbs edir. Güney Azərbaycanın da bir çox şəhərlərində geniş vüsət alan etirazlarda indiyədək 400-dən çox insan həlak olub.

Xəbər 924 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +