Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?


09.09.2019  17:36 

“Hikmət Cavadov hər zaman komandamızın ən yaxın dostu olub“





A+  A-

"Azərbaycan tarixən Ukrayna üçün yalnız strateji tərəfdaş yox, həm də qardaş və dost ölkə olub. Təbii ki, məqsədimiz bu qardaşlığı və tərəfdaşlığı yüksələn xətt üzrə davam etdirməkdir”.
XəzərNews.az bildirir ki, bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının yeni seçilmiş birinci vitse-spikeri Ruslan Stefançuk deyib.

O qeyd edib ki, iki ölkə arasında parlamentlərarası əlaqələr intensiv qarşılıqlı əməkdaşlıq və dövlətlərarası münasibətləri inkişaf etdirmək üçün geniş imkanlar yaradır: “Bizdə Azərbaycan parlamenti ilə işçi qrupu fəaliyyət göstərir. Ali Radanın yeni heyətində bu qrup daha da fəal olacaq”.

Birinci vitse-spiker bildirib ki, Azərbaycanı tolerant ölkə kimi yaxından tanıyır və burada əslən ukraynalı olan vətəndaşlar üçün yaradılan imkanları yüksək qiymətləndirir: "Azərbaycanlılar Ukraynada da çox fəaldırlar və biz ölkəmizdə yaşayan azərbaycanlıların fəal rolunu mütəmadi olaraq hiss edirik. Məsələn, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov hər zaman komandamızın ən yaxın dostu olub. O eyni zamanda Ukrayanada yaşayan azərbaycanlıların fəal lideridir və Ukraynanın qaynar həyatında fəal şəkildə iştirak edir. Yeni siyasi komanda olaraq Ukraynada Azərbaycan diasporu ilə sıx əməkdaşlığa daha çox diqqət ayıracağıq".

Xəbər 1879 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +