Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


27.03.2024  21:07 

Avropa Parlamentinin qərəzli qətnaməsi ilə bağlı BƏYANAT





A+  A-

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Azərbaycana qarşı qəbul edilən qərəzli qətnaməyə qarşı Avropa Parlamentinə bəyanat ünvanlayıb.

Xəzərnews.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bəyanatda qeyd olunur:

"Hər zaman öz milli maraqlarına uyğun və qarşılıqlı maraq kəsb edən məsələlərin gündəmə çıxarılması, müzakirə olunması və müvafiq qərarlar qəbul edilməsini dəstəkləyən Azərbaycan Beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edib və etməkdə davam edir. Lakin kənar qüvvələrin təsiri altında bəzi təşkilatlarda Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir".

Qeyd edilir ki, belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter alıb:

Avropa Parlamentində 13 mart 2024-cü il tarixində qəbul edilmiş “Avropa Birliyi və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı ikili standartların daha bir nümunəsi olan qətnamənin qəbul edilməsi Azərbaycana qarşı qərəzli münasibətin təzahürüdür.

Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq siyasi etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması qətnaməni irəli sürmüş Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini izah edir".

Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Beynəlxalq hüquq prinsiplərinə hörmətsizliyi özündə əks etdirən Avropa Parlamentin qəbul etdiyi qərəzli qətnaməsi və Azərbaycanla bağlı səslənən qərəzli ittihamları mütəmadi olaraq ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının tərkib hissəsi kimi qiymətləndirir:

"Bu qrupların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan Azərbaycanı ləkələsinlər, Avropada Azərbaycan haqqında yanlış, fikirlər formalaşdırsınlar. Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməsini şiddətlə qınayır və Azərbaycan dövlətinə qarşı yönəlmiş ikili standartlar siyasətinə son
qoyulmasını qəti surətdə tələb edir".

Xəbər 3848 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +