Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


17.05.2019  12:54 

Ər doqquz aylıq hamilə arvadını bıçaqladı - Uşaq öldü





A+  A-

Abşeron rayonu, Fatmayi qəsəbəsində hamilə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
XəzərNews.az-ın ONA-ya istinadən xəbərinə görə, 19 yaşlı Fatmayi qəsəbə sakini Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin müxtəlif hissələrində çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Cərrahi əməliyyat zamanı müəyyən edilib ki, bıçaq zərbələri daha çox qadının qarnına dəydiyindən, onun bətnindəki qız uşağı tələf olub. Ananın vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Məlumata görə, S.Atababayeva valideynlərinin təkidi ilə ərə verilib. Onun hadisə vaxtı 8 aylıq hamilə olduğu bildirilir.

Fakt polis tərəfindən araşdırılır, hadisənin motivi məlum deyil.

***

Səhiyyə Nazirliyindən bildirilib ki, 9 aylıq hamilə olan qadın kəsilmiş-deşilmiş yara diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Uşaq bətndə bıçaq xəsarətlərindən tələf olsa da, qadının vəziyyəti ağırdır.

Xəbər 1459 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +