Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


18.08.2021  11:22 

Pakistan “Taliban” hakimiyyətini tanıya bilər





A+  A-

“Pakistan Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyətini tanıya bilər”.
XəzərNews.az xəbər verir ki, bunu Pakistanın informasiya və radio yayımı naziri Çaudri Favad Hüseyn deyib. Onun sözlərinə görə, Pakistan region ölkələri və dünya gücləri ilə məsləhətləşmələrdən sonra Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyətini tanıya bilər.

“Müxtəlif ölkələrlə bu cür danışıqlar aparırıq və region dövlətləri və dünya gücləri ilə hərtərəfli danışıqlardan sonra talibançıların hakimiyyətinin qurulmasına yanaşma ilə bağlı qərar qəbul edəcəyik”, - deyə pakistanlı nazir qeyd edib.

O həmçinin əlavə edib ki, Pakistanın Əfqanıstanla bağlı mövqeyi əvvəl də aydın idi və bu mövqe indi də elə qalacaq: “Biz “Taliban” hərəkatının qanununun aliliyinə və əsas insan hüquqlarına hörmət edəcəyini gözləyirik. Hazırda Əfqanıstanda sabitliyin təmin edilməsi məsuliyyəti tam olaraq “Taliban”ın üzərinə düşür”.

Xəbər 2074 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +