Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


24.05.2020  10:18 

İsrail baş nazirinin məhkəməsi başlayır





A+  A-

Bu gün İsraildə ölkənin baş naziri Binyamin Netanyahunun məhkəmə prosesi keçiriləcək.
Bu barədə XəzərNews.az RİA "Novosti" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, ilk iclas bazar günü – mayın 24-də baş tutacaq.

Agentliyin məlumatına görə, baş nazir prosesdə şəxsən iştirak etməli olacaq.

Məhkəmə prosesi Netanyahuya qarşı irəli sürülmüş korrupsiya və ictimai etimadın pozulması ittihamları çərçivəsində keçiriləcək.

Daha əvvəl İsrail Knesseti (birpalatalı parlament) baş nazir Binyamin Netanyahunun 2 mart seçkilərinin nəticəsinə görə formalaşdırılmış 35-ci koalisiya hökumətinin tərkibini təsdiq edib. "Likud" və “Kaxol-Lavan” partiyalarının koalisyon razılaşmasına əsasən Netanyahu 2021-ci ilin noyabrının ortalarına qədər baş nazir vəzifəsini tutmalıdır, sonra bu vəzifəyə Qans keçəcək.

Xəbər 1568 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +