İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh


09.04.2025  14:29 

Xanlar Vəliyevi kim əvəz edə bilər?





A+  A-

Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatıb və o, təqaüdə göndərilib. Hələlik həmin vəzifələrə yeni təyinat yoxdur.

Bəs hazırda hərbi prokurorun səlahiyyətlərini kim icra edir?

XəzərNews.az Teleqraf -a istinadən xəbər verir ki, Azərbaycanın hərbi prokurorunun 3 müavini var.

Bunlar ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Fuad Məmmədov və ədliyyə polkovniki Mehdi Hüseynzadədir.

Onlardan ən təcrübəlisi Ş.İmranovdur. O, 1972-ci ildə Göyçay rayonunda anadan olub. 2005-ci ildən Hərbi Prokurorluqda çalışır. General-mayor 16 ildir hərbi prokurorun müavinidir. Ş.İmranov bu vəzifəyə 2009-cu il dekabrın 4-də o zaman Baş prokuror olan Zakir Qaralovun əmri ilə təyin edilib.

Hərbi prokurorun digər müavini ədliyyə general-mayoru Fuad Məmmədovun tərcümeyi-halı geniş ictimaiyyətə məlum deyil. Bilinən odur ki, Məmmədov Fuad Kamil oğlu 2020-ci ilin iyul ayından bu vəzifəni tutur. Onun təyinatı ilə bağlı əmri Baş prokuror Kamran Əliyev imzalayıb. Bu təyinata qədər Hərbi Prokurorluqda şöbə rəisi işləyib.

Hərbi prokurorun üçüncü müavini Hüseynzadə Mehdi Tofiq oğludur. O, 19 may 1976-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1999-cu ildən prokurorluq orqanlarına işə qəbul olunub. Həmin tarixdən Hərbi Prokurorluq sistemində çalışır.

T.Hüseynzadə 22.06.2010-cu ildə Tərtər hərbi prokuroru, 24.06.2013-cü ildə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, 07.07.2020-ci ildə isə Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 2022-ci ilin mart ayında Baş prokuror Kamran Əliyevin əmri ilə hərbi prokurorun müavini vəzifəsinə təyinat alıb.
Hərbi Prokurorluğun saytında müavinlərin sıralaması belədir:

Şəfahət İmranov
Mehdi Hüseynzadə
Fuad Məmmədov


Hazırda üç müavindən hansının hərbi prokuroru əvəz etdiyinə gəlincə, Hərbi Prokurorluqdan sualımıza cavab vermədilər.

Xəbər 1566 dəfə oxunub.




21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +