Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


29.10.2017  16:43 

İsmayıllıda yanğın - 10 min quş tələf oldu





A+  A-

İsmayıllı rayonunda quşçuluq fermasında yanğın olub.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıllı rayonunun Ağahüseyn Aslanov küçəsində yerləşən quşçuluq fermasında qeydə alınıb.

İsmayıllı rayon sakini Abdullayev Azər Həmid oğluna məxsus ümumi sahəsi 450 kvadratmetr olan quşçuluq fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı fermanın bütün ərazisindəki yanar konstruksiyalar yanıb, eləcə də içərisindəki 10 min baş cücə, toyuq və xoruz tələf olub. Yanğın gecə saatlarında baş verdiyi üçün quşları xilas etmək mümkün olmayıb. Sahibkarın sözlərinə görə, yanğın nəticəsində ona 100 min manata yaxın maddi ziyan dəyib. Hadisənin baş vermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər 1472 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +