Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


14.07.2022  11:53 

Polis 86 kiloqram narkotikanı ələ keçirdi - Video





A+  A-

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti xüsusi əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha iki nəfər saxlanılıb.

XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, nəticədə qanunsuz dövriyyədən 86 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Belə ki, Baş İdarəyə Şirvan şəhər sakinləri əvvəllər məhkum olunmuşlar - Məhəbbət Hüseynov və Əziz Əsgərovun ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən əsas fiqurlardan olmaları barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxslər əməliyyat nəzarətinə götürülüb və onların qanunsuz əməlləri əməliyyat-texniki tədbirlərlə tam sübuta yetirilib.

Həmin şəxslər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərilən külli miqdarda narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi ilə Ağcabədi rayonu ərazisində qəbul edib Bakı şəhərində müxtəlif yerlərdə gizlətməyə çalışan zaman Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Onların üzərinə, həmçinin yaşayış ünvanlara baxış zamanı ümumilikdə 86 kiloqram, o cümlədən 78 kiloqram heroin, 8 kiloqram metamfetamin və narkotiklərin satışında bilavasitə istifadə etdikləri elektron tərəzilər aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Beynəlxalq narkoşəbəkənin üzvləri olan bu şəxslərin xaric və ölkə daxilindəki digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.



Xəbər 1506 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +