Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


05.03.2020  15:11 

“Koronavirusa görə qərarlar hər an dəyişə bilər” - Şöbə müdiri





A+  A-

“Operativ qərargah 24 saat işləyir, qərarlar da məlumatlara görə dəyişə bilər”.
XəzərNews.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva İranla sərhədin bağlanma müddətinin uzadılması məsələsinə münasibət bildirərkən deyib.

Y.Qarayeva qeyd edib ki, İran-Azərbaycan sərhədinin bağlanmasının müddətinin dəyişilməsi vəziyyətdən asılıdır:

“Hazırda bu barədə qəti qərar söyləmək çətindir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunub.

Xəbər 2346 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +