Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


26.07.2018  16:12 

İyul ayı üzrə pensiyalar tam maliyyələşdirilib





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu bu ilin iyul ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini yekunlaşdırıb. Pensiyaların ölkə üzrə maliyyələşdirilməsi qrafikinə əsasən, iyul ayının 9-da Naxçıvan MR, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, 13-də respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 19-da respublikanın digər rayonları üzrə pensiyaların Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi təmin edilib.
Nazirlikdən XəzərNews.az-a bildirilib ki, iyulun 24-də hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyalarının əvvəlki ayların artımları ilə birgə maliyyələşdirilməsi başa çatdırılıb.

Məlumat üçün bildirək ki, bu kateqoriyadan olan və 1 iyul 2017-ci il tarixədək əmək pensiyası təyin olunmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği Azərbaycan Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” əsasında yenidən hesablanaraq artırılıb. Artımlar cari ilin ötən dövründə onların çalışdıqları müvafiq sahələr üzrə əmək haqqında artımların edildiyi vaxtdan hesablanıb və toplam halda iyul ayının pensiyası ilə birgə onların pensiya hesablarına köçürülüb.

Xəbər 1417 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +